Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Photos” xidməti 2021-ci ildə ödənişli olacaq


Bu bulud xidmətində qeyri-məhdud sayda ödənişsiz şəkil və video saxlamaq olar, amma gələn ildən xidmət ödənişli olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Google Photos” xidmətində bütün ailə fotoalbomunu ödənişsiz saxlamaq mümkün idi, amma bütün şəkillər və videolara keyfiyyətə çox güclü təsir etməyən sıxma alqoritmləri tətbiq edilirdi. 2021-ci il iyunun 1-dən foto və videolar “Google One” diskində yer tutacaq.

 

“Google” bulud xidməti ödənişsiz olaraq 15 QB yaddaş verir, yaddaş tutumunu artırmaq üçün aylıq abunə rəsmiləşdirmək lazım olacaq. Amma “Pixel” smartfonlarının sahibləri “Google Photos” xidmətində ödənişsiz olaraq qeyri-məhdud sayda şəkil və videolar saxlaya bilərlər.

 

“Google Photos” xidməti 2015-ci ildə istifadəyə verilib, şəkillərin ödənişsiz saxlanılması onu başqa bulud xidmətlərindən fərqləndirən əsas üstünlük idi. Həmçinin xidmət şəkilləri avtomatik skan edir və onları "ağıllı" çeşidləyir.

 

Emil Hüseynov






12/11/20    Çap et