Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində “Mağaza” düyməsi istifadəyə verilib


"WhatsApp" messencerinə əlavə edilmiş "Mağaza" düyməsinin köməyi ilə messencerdə satıcıların və biznes istifadəçilərinin kataloqlarına baxmaq olar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, yeni "Mağaza" düyməsi "WhatsApp Business" proqramında hesabı olan satıcıların çeşidinə baxmağa imkan verir. Əvvəllər belə imkan yalnız ABŞ, Almaniya, Hindistan və bir sıra başqa ölkələrin sakinlərinə əlçatan idi. İndi sözügedən funksiya bütün dünyada əlçatandır.

 

Yeni düymə proqramın interfeysində səs çağırışı ikonkasının yerində yerləşdirilib. Yeni düymə mağaza vitrinini xatırladır və onu göstərir ki, şirkətin kataloqu var və istifadəçi bir toxunuşla ona giriş əldə edə bilər. Əgər belə ikonka yoxdursa, deməli, biznes-istifadəçi hələ ki kataloq yaratmayıb.

 

Şirkətin məlumatına görə, hər gün 175 milyondan çox insan "WhatsApp" biznes hesablarında məlumat mübadiləsi edir. İstifadəçilər hər ay təxminən 40 milyon kataloqa baxır.

 

Emil Hüseynov






12/11/20    Çap et