Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN vaxta görə ödəniş sisteminin tətbiqini dayandırdı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı şəhərində sabit telefon şəbəkəsi üzrə vaxta görə  ödəniş sisteminin tətbiqi, müasir tələbələrə cavab verən və əhalinin sosial maraqlarına toxunmayan təkliflər paketi ilə bağlı məlumatlar əhali arasında anlaşılmazlıq və narahatçılıq  yaratmışdır.

Məsələ ilə bağlı əhalinin münasibətini, fikir və təkliflərini nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  Tarif Şurasına təqdim etdiyi təklifləri geri götürmüşdür.

Nazirlik bildirir ki, gələn il əhalinin rəyi, fikir  və təklifləri nəzərə alınmaqla, ictimaiyyət arasında geniş izahat  və təbliğat işləri aparılaraq, cəmiyyət tərəfindən müsbət qarşılandığı təqdirdə, Tarif Şurasına yeni təkliflər təqdim oluna bilər.








14/12/11    Çap et