Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “MacBook” noutbuklarının gücü açıqlanıb


Yeni "MacBook Air" "Intel" prosessorları əsasında noutbuklardan daha güclüdür. Bu barədə "9to5mac" nəşrinin "Geekbench" testlərinin nəticələrinə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, həvəskarlar tərəfindən "M1" prosessorlu "MacBook Air" noutbukunun "Intel" çipləri əsasında işləyən 16 düymlük "MacBook Pro" noutbukları ilə məhsuldarlığının müqayisəsi aparılıb. Testlərin nəticələrinə görə, "Air" modeli əsas və qabaqcıl versiyalar daxil olmaqla bütün "MacBook Pro" versiyalarını geridə qoyub. Məsələn, "MacBook Air" birnüvəli testdə 1678, çoxnüvəlidə isə 7433 bal qazanıb. "Intel i9" çipli 16 düymlük ən bahalı "MacBook Pro" müvafiq olaraq 1096 və 6870 bala layiq görülüb.

 

Jurnalistlər qeyd edib ki, "MacBook Air" modelinin əsas versiyası 3200 meqahers tezlikli "M1" prosessoruna malik olduğu halda "MacBook Pro" 4800 meqahersədək sürətləndirilən 2300 meqahers tezlikli "Intel i9" çipi ilə təchiz edilib.

 

Həmçinin məlum olub ki, yeni "Apple" noutbuku məhsuldarlığına görə 2019-cu ilin "Mac Pro" modeli – ən mürəkkəb hesablamalar üçün nəzərdə tutulan peşəkarlar kompüteri ilə eyni səviyyədədir. "Rəqəmlər təsdiq edir ki, "M1" "Apple" tərəfindən indiyədək istehsal olunan ən sürətli çipdir", – materialda bildirilir.

 

"Apple" şirkəti "M1" prosessoru əsasında kompüterlər seriyasını noyabrın 10-da baş tutan tədbirdə təqdim edib. Seriyaya "MacBook Air", "MacBook Pro" və "Mac mini" modelləri daxildir.

 

Nizam Nuriyev






13/11/20    Çap et