Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda mobil telefon bazarı 40,9 faiz artıb
Yanvar-oktyabrda Azərbaycana dəyəri 6,9 milyon dollardan artıq olan 116,7 min ədəd mobil telefon gətirilib. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin 11 ayın yekunları üzrə statistik hesabatında deyilir.
Məlumata görə, ötən ilin analoji göstəricisi ilə müqayisədə mobil telefonların idxal həcmi 40,9 faiz, pulla ifadədə isə 25,8 faiz artıb.
Ölkəyə ay ərzində orta hesabla təxminən 10 min mobil telefon idxal olunur. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə təxminən 600-650 min dollar təşkil edir.
15/12/11 Çap et