Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT xidmətlərinin həcmi 12,4 faiz artıb


Azərbaycanda yanvar-noyabr aylarında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 1,1 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ümumi həcmin 72,8 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.Bununla yanaşı, əldə olunan gəlirin 62,1 faizi mobil rabitənin payına düşüb. Bu, ötənilki göstərici ilə müqayisədə 4,4 faiz artaraq 687,4 milyon manat təşkil edib.





15/12/11    Çap et