Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni material hətta yüksək temperaturda məlumatları sürətli ötürməyə kömək edəcək


Yaponiyanın Kyusyu Universitetinin alimləri tərəfindən təqdim edilmiş silisium-polimer modulyator hətta yüksək temperaturda məlumatları sürətli şəkildə ötürə bilər. Alimlər 200 Qbit/s-dək sürətə nail ola biliblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Nature Communications" jurnalında məlumatları 110 selsi dərəcəyədək temperaturda 200 Qb/san sürətlə ötürə bilən hibrid silisium-polimer modulyatorlar haqqında araşdırma dərc edilib.

 

Tədqiqatçılar izah ediblər ki, son illərdə yüksəksürətli məlumatların ötürülməsinə tələbat kəskin artıb və optik rabitə məlumatların ötürülməsi üçün bir çox lazımi qoşulmalarda mərkəz rolunu oynayır. Məlumatları elektrooptik materialdan keçən işıq dəstəsinə yerləşdirən modulyator onun vacib komponentidir.

 

İndi əksər modulyatorlarda elektrooptik material kimi qeyri-üzvi yarımkeçiricilər və ya kristallardan istifadə olunur, ancaq üzvi polimerlərin üstünlüyü ondan ibarətdir ki, onları ucuz qiymətə keyfiyyətli elektrooptik xüsusiyyətlərə malik şəkildə istehsal etmək olar.

 

Emil Hüseynov






16/11/20    Çap et