Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “Honor” smartfonlar brendini satıb


Çinin “Huawei” telekommunikasiya nəhəngi “Honor” smartfonlar brendini satıb. Bu barədə şirkətin noyabrın 17-də yayılan məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumatda bildirilir: “Huawei” şirkəti “Honor” brendinin bütün aktivlərini “Shenzhen Zhixin New Information Technology” korporasiyasına satmaq qərarına gəlib”. Səbəb kimi mobil qurğuların istehsalı üçün lazımi texniki komponentlərin çatışmazlığı göstərilir.

 

Məlumata görə, saziş başa çatdıqdan sonra “Huawei” yeni “Honor” şirkətində səhmlərə sahib olmayacaq və ya idarəetmə və qərarların qəbulunda iştirak etməyəcək.

 

“Huawei” şirkətinin “Honor” bölməsini 15,2 milyard dollara satması qərarına gəlməsi ilə bağlı informasiya noyabrın 10-da yayılmağa başlayıb. Lakin məlumatda Çin nəhənginin ABŞ sanksiyalarına davam gətirməməsi qeyd edilməyib.

 

ABŞ şirkəti Çinin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və istifadəçiləri izləməkdə şübhəli bilir. Ötən il Vaşinqton istehsalçını “qara siyahı”ya daxil edib və ABŞ bazarına “5G” şəbəkələrinin qurulması üçün texnologiya və komplekt hissələrinin tədarükü imkanından məhrum edib. “Huawei” bu ittihamları rədd edir və onları siyasi motivli hesab edir.

 

Nizam Nuriyev






17/11/20    Çap et