Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” və “Google” şirkətləri istifadəçiləri qanunsuz izləməkdə ittiham edilib


İspaniya və Almaniya sakinləri “Apple” şirkətini “iPhone” istifadəçilərini qanunsuz izləməkdə ittiham ediblər. “Google” şirkəti istifadəçilərin şəxsi informasiyasını ötürmək üçün onların trafikindən istifadə etdiyinə görə məhkəməyə verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, NOYB” (None of Your Business) təşəbbüs qrupunun iştirakçıları bildiriblər ki, “Apple” şirkəti “iPhone” istifadəçilərinin razılığı və xəbəri olmadan onları izləmək üçün unikal IDFA izləmə nömrəsindən istifadə edir. Aktivistlərin sözlərinə görə, bu, Avropa Birliyinin məxfilik qanunlarına ziddir.

 

“Apple”ın rəsmiləri bildiriblər ki, IDFA izləmə nömrəsindən istifadə qaydaları elə dəyişdiriləcək ki, üçüncü şəxslər ona giriş imkanına malik olmasınlar. Ancaq şirkət istifadəçiləri izləməyə davam edəcək.

 

Emil Hüseynov






17/11/20    Çap et