Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” məlumat mübadiləsi üçün yüksək təhlükəsizliyə malik mobil proqram hazırlayır


Müasir smartfonlar məlumat mübadiləsi üçün çoxlu sayda üsullar təklif edirlər: "Bluetooth" üzrə, messencer vasitəsilə, məktub və ya bulud saxlanc sisteminin köməyi ilə. Bundan başqa, "Samsung" şirkətində "Quick Share", "Apple" şirkətində isə "AirDrop" kimi daha əlverişli üsullar var. Məlum olub ki, Cənubi Koreya nəhəngi tərəfindən hazırlanan yeni metod yüksək təhlükəsizliyi ilə fərqlənəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Samsung" şirkəti tərəfindən hazırlanan yeni "Private Share" proqramı blokçeyn texnologiyalarından istifadə edərək fayl və məlumatlarla təhlükəsiz mübadiləyə imkan verəcək.

 

Qəbul edən tərəf "Private Share" proqramının köməyi ilə göndərilmiş faylları başqa şəxslərə göndərə bilməyəcək. Həmçinin ekran görüntüsünü çəkmək mümkün olmayacaq. Amma başqa smartfonun köməyi ilə ekranın şəklini çəkmək mümkündür.

 

"Private Share" proqramının işləməsi üçün o həm göndərən, həm də qəbul edən tərəfin qurğularına quraşdırılmalıdır. Faylların ötürülməsinə başlamaq üçün göndərən tərəf qəbul edən tərəfə sorğu göndərəcək və yalnız sorğunun qəbulundan sonra fayl ötürüləcək.

 

Emil Hüseynov






17/11/20    Çap et