Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər onuncu mobil telefon smartfondur


Smartfonlar bazarda o qədər populyarlaşıb ki, bəzən elə görünür ki, sanki  hər bir insanda "ağıllı" telefon var. Lakin qlobal miqyasda smartfonların payı mobil telefonların ümumi həcminin 10%-ni ötmür.

Belə nəticəyə  “TomiAhonen Consulting” analitikləri gəliblər. Onlar “Netsize Guide”, “İnforma”, “Google” və “İpsos” məlumatlarından istifadə edərək genişmiqyaslı tədqiqat aparıblar.

Sinqapurda smartfondan istifadə edənlərin sayı 90% təşkil edir. Sonrakı yerlərdə Honq-Konq (61%), İsveç (52%), Avstraliya (47%) və İspaniya (44%) dövlətləri yerləşiblər.

“TomiAhonen Consulting” şirkətində hesablayıblar ki, istifadəçilər smartfon modellərini orta hesabla, hər 11,5 aydan bir dəyişirlər. Ekspertlər, həmçinin “oyunçu”ların smartfon bazarındakı mövqeyini bildiriblər.
“Nokia” şirkəti 26%  bazar payı ilə rəhbərlik edir. “Apple” şirkəti ikinci yerdə (16%), “RİM” (14%) və “Samsung” (12%) şirkətləri isə müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar.





15/12/11    Çap et