2020-ci ilin ən zəif parolları məlum olub
“NordPass” parol menecerinin tərtibatçıları bu il istifadə olunmuş 200 ən zəif parol siyahısını dərc ediblər. “123456” ardıcıl rəqəmlər kombinasiyası lider olub. 2019-cu ildə isə "12345" parolu lider olmuşdu.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, “NordPass”ın məlumatları 275699516 paroldan ibarət verilənlər bazasına əsaslanır. Həmin parollardan yalnız 122894788 və ya 44%-i unikal olub.
Top-200 ən zəif parol siyahısında 78 parol yenidir. Məsələn, "picture1" parolu üçüncü yeri tutub, "Million2" 15-ci, "aaron431" isə 18-ci yerdə qərarlaşıb. Əksər kombinasiyaların ("123456", "123456789", "password", "qwerty", "abc123" və sairə) müdaxiləsinə 1 saniyədən az vaxt lazımdır.
2020-ci ilin ən zəif parollarının ilk 20-liyi aşağıdakı kimidir:
-
123456
-
123456789
-
picture1
-
password
-
12345678
-
111111
-
123123
-
12345
-
1234567890
-
senha
-
1234567
-
qwerty
-
abc123
-
Million2
-
000000
-
1234
-
iloveyou
-
aaron431
-
password1
-
qqww1122
Emil Hüseynov