Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponlar 5 barmaqlı maus hazırlayıblar (VİDEO)
Yapon şirkəti “Double Research & Development” Amenbo manipulyatorunu təqdim edib. O, əlin beş barmağından istifadə edərək kompyuteri idarə etməyə icazə verir. Amenbo 6 əsas elementdən ibarətdir: ovuc altı dayaqlar və barmaqlar altında dayaqla məftillərlə birləşən beş altlıq. Hər altlığa barmağın hərəkətlərini izləyən, həmçinin barmağın altlığa göstərdiyi təzyiqi hesablayan tənzimçi birləşdirilib.
İstehsalçılar qurğunun dəqiq yerləşdirmə tələb edən, məsələn, 3D qrafik redaktor proqramlarını idarəetmə üçün tətbiq edilə biləcəyini iddia edirlər. Amenbo nümayiş çarxında 3D CAD redaktoru ilə iş üçün istifadə olunur.
“Double Research & Development” in bəyanatına əsasən, yeni manipulyator digər daxil etmə qurğularından bir sıra üstünlüklərə malikdir. Belə ki, “Kinect”dən fərqli olaraq, Amenbo yalnız əlin hərəkətlərini deyil, həm də barmaqların səthə göstərdiyi təzyiqi müəyyən edir. Manipulyatoru sensor panellərdən hər barmağı ayrı-ayrılıqda "görmək" qabiliyyəti fərqləndirir.
Hal-hazırda qurğunu “Windows 7” əməliyyat sistemi ilə çalışan kompyuterə qoşmaq olar. Digər platformaların dəstəklənəcəyi hələ dəqiqləşməyib.