“Huawei” şirkəti “ARM” prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini təqdim edib
“Huawei” şirkəti öz istehsalı olan prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini istifadəyə verməyə hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, “MateStation B515” adlandırılmış fərdi kompüter “HiSilicon” tərəfindən hazırlanmış və 7 nm-lik texnoloji proses üzrə istehsal edilmiş “Kunpeng 920” prosessoru ilə təchiz edilib. ARM arxitekturası üzrə hazırlanmış çip maksimal takt tezliyi 2,6 QHs olan 4 və ya 8 nüvə ilə təchiz edilə bilər.
“Apple”dan fərqli olaraq, “Huawei” şirkəti ARM prosessoru ilə işləyən kompüteri standart komponentlərlə təchiz edib. İstifadəçi özü əməli və daxili yaddaşın tutumun
u artıra bilər.
Kompüter 23,8 düymlük monitorla tədarük ediləcək. “MateStation B515” kompüterinin ilk partiyaları Çinin dövlət idarələrinə və korporativ sifarişçilərə satılacaq.
Emil Hüseynov