Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 15” yeniləməsindən məhrum ediləcək “iPhone” modellərinin adı açıqlanıb


“Apple” bəzi smartfonları üçün yeniləmə dəstəyini dayandırmağı planlaşdırır. Bu haqda ABŞ şirkətində öz mənbələrinə istinadən “The Verifier” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, söhbət 2021-ci ilədək təqdim ediləcək “iOS 15” yeniləməsindən gedir. “iPhone SE”, “iPhone 6s” və “iPhone 6s Plus” cihazları bu yeniləmədən məhrum ediləcək. Bu smartfonlar 2015-2016-cı illərdə təqdim edilib və “iOS 14” dəstəyindən də məhrum ola bilərdilər, amma “Apple” şirkəti həmin qurğular üçün sözügedən yeniləməni çıxarıb.

 

“Apple” şirkətində belə qərar qəbul edilsə, “iPhone 7”, “iPhone 7 Plus”, “iPhone 8”, “iPhone 8 Plus”, “iPhone X”, “iPhone XR”, “iPhone XS”, “iPhone XS Max”, “iPhone 11”, “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone SE” (2020), “iPhone 12 Pro Max”, “iPhone 12 Pro”, “iPhone 12 mini” və “iPhone 12” modelləri “iOS” sisteminin yeni versiyasını alacaqlar.

 

Emil Hüseynov






23/11/20    Çap et