"Acer" şirkəti "IP53" müdafiə səviyyəsi və "MIL-STD-810G" hərbi standartının tələblərinə uyğun olan "Enduro N3" adlı təhlükəsiz yığcam noutbukunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, diaqonalı 14 düym olan noutbukun çəkisi 2 kq-dır, qalınlığı isə 24,85 mm təşkil edir. Displey "Corning Gorilla Glass" şüşəsi ilə örtülüb, klaviatura drenaj dəliklərə malikdir.
"Acer Enduro N3" noutbuku bir neçə konfiqurasiyada əlçatandır. Ən güclü konfiqurasiya "Intel Core i7" prosessoru, "Nvidia MX230" videokartı, 32 QB əməli yaddaş, 1 TB-lıq HDD və əlavə 512 QB-lıq SSD-dən ibarətdir. Noutbuka 1920x1080 təsvir ölçülü "IPS" displey quraşdırılıb.
Emil Hüseynov