Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti qabaqcıl “Xiaomi” smartfonu açıqlanıb


Yeni qabaqcıl "Xiaomi" smartfonu müasir prosessor və üçlü kameraya malik olacaq. Bu barədə "GizChina" nəşrinin blogerlərə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, nəşr, həmçinin "XDA Developers" layihəsinin baş redaktoru Mişal Rəhmanın "Twitter" səhifəsinə istinad edir. Jurnalistin sözlərinə görə, növbəti qabaqcıl "Xiaomi" smartfonu bükük ekran və aktual "Snapdragon 875" prosessoru ilə təchiz ediləcək. Bundan başqa, qurğu 108 meqapikselli yönləndirici obyektiv, 30 qatlıq zum və makroçəkiliş üçün enlibucaqlı modula malik əsas üçlü kameraya malik olacaq.

 

Jurnalistlərin fikrincə, yeni qurğu "Xiaomi Mi 11" adlanacaq. Digər məlumatlara görə, smartfon "2K" təsvir ölçülü və 120 giqahers yeniləmə tezliyinə malik ekranla buraxılacaq. Əsas kameranın iki modulu 50 və 12 meqapikselli olacaq. Ehtimal olunur ki, şirkət tərəfindən əsas qabaqcıl "Xiaomi Mi 11" və onun genişləndirilmiş "Mi 11 Pro" versiyası təqdim olunacaq.

 

Müəlliflər qeyd edib ki, yeni "Xiaomi" qurğusuna aid məlumatlarda sadalanan "Snapdragon 875" prosessoru hələ ki rəsmən təqdim edilməyib. "Qualcomm" şirkəti tərəfindən qabaqcıl "Android" smartfonları üçün növbəti çipin dekabrın əvvəlində təqdim ediləcəyi gözlənilir. "Xiaomi Mi 11" smartfonunun təqdimat tarixi açıqlanmır.

 

Hazırda "Xiaomi" şirkətinin qabaqcıl smartfonu "Mi 10" modelidir. Fevralın 13-də təqdim edilən qurğu 2340х1080 piksel təsvir ölçülü və 90 giqahers yeniləmə tezlikli 6,67 düymlük "Super AMOLED" displey, "Snapdragon 865" prosessoru və dörd obyektivli kamera ilə təchiz olunub.

 

Nizam Nuriyev






25/11/20    Çap et