Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 12” smartfonunun maya dəyəri məlum olub


Yeni "iPhone 12" smartfonunun komponentləri istehsalçıya yalnız 373 dollara başa gəlir. "Nikkei" nəşri yapon analitiklərinin hesablamalarına istinad edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, OLED matris smartfonun ən bahalı hissəsidir, onun qiyməti 70 dollar məbləğində qiymətləndirilir. İkinci yerdə "Apple A14 Bionic" prosessoru (40 dollar), üçüncü yerdə "Samsung" istehsalı olan fləş yaddaş (19 dollar) gəlir. "Sony" şirkətinin fotosensorları 5,5-7,4 dollar məbləğində qiymətləndirilib.

 

Daha qabaqcıl "iPhone 12 Pro" smartfonu 406 dollara (standart versiyadan 33 dollar daha baha) başa gəlir.

 

Yeni "iPhone" smartfonunun pərakəndə qiymətindəki digər hissələr hazırlama, reklam, marketinq, logistika və başqa xərclərdir.

 

Emil Hüseynov






25/11/20    Çap et