Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya vətəndaşlarına elektromobillərin alışı üçün daha çox pul ayrılacaq


Yaponiya hakimiyyəti vətəndaşlara elektromobillərin alışı üçün iki dəfə çox pul ayırmağı planlaşdırır. Bu barədə “NHK World Japan” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, hazırda hökumət tərəfindən bu məqsədlər üçün 400 min yen (təxminən 3,8 min dollar) verilir. Lakin artıq növbəti ildən etibarən ödənişlərin iki dəfə – 7,6 min dollaradək artırılması nəzərdə tutulur. Akkumulyatorun enerji ilə doldurulması üçün bərpa edilən enerji mənbələrindən, məsələn, günəş batareyaları ilə təchiz edilən və enerjini generasiya edən ev və ya ofislərdən istifadə planlaşdırılır.

 

Məlumata görə, fərdi evlərdə bərpa edilən enerji mənbələrinin qiyməti ənənəvi evlərdəki kimidir və ya 20-30 faiz bahadır. Tədbir, həmçinin ekoloji təmiz enerji növlərinin tətbiqini stimullaşdırmaq məqsədi daşıyır.

 

Qeyd edək ki, 2019-cu ildə Yaponiyada satılan elektromobillərin sayı təqribən 20 min təşkil edib.

 

Nizam Nuriyev






26/11/20    Çap et