Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən kiçikölçülü daşıyıcı hazırlanıb


Memristorlar müasir tranzistorları əvəz edəcək ən perspektivli texnologiyalardan biri hesab edilir. Alimlər bu yaxınlarda ən kiçikölçülü yaddaş qurğusunun – 1 kvadrat nanometr ölçüsündə "atomristor"un yaradılmasını elan ediblər. Yeni yaddaş qurğusunda yazma sıxlığı fləş-yaddaşla işləyən müasir analoqları 100 dəfə ötür.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Texas Universitetinin mühəndisləri mikroelektronika sahəsində vacib irəliləyiş etməyə nail olublar. Onlar sınaqlar vaxtı informasiyanı 1 kvadrat nanometr ölçüsündə olan ən kiçikölçülü yaddaş qurğusuna yaza biliblər. Qurğu "atomristor" adlandırılıb.

 

Belə qurğular, həmçinin daha az enerji sərf edəcək.

 

Emil Hüseynov






30/11/20    Çap et