Dünyada 160 milyondan çox unikal istifadəçinin aktivliyini araşdıran “NetMarketShare” xidməti brauzerlər və əməliyyat sistemləri bazarı üzrə son hesabatını dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2020-ci ilin oktyabr ayına olan məlumata görə, fərdi kompüterlərin 64,4%-nə “Windows 10” əməliyyat sistemi quraşdırılıb. “Windows 7” sisteminin bazar payı 22,7%-dən 20,41%-dək azalıb. 4,8% qurğu “MacOS X 10.15” əməliyyat sistemi ilə işləyir, halbuki 2020-ci ilin sentyabrında bu göstərici 5,11% idi. “Linux” əməliyyat sisteminin bazar payı 1,65%-dir.
“Softpedia” resursunun məlumatına görə, “Windows 10” sisteminin irəliləyişi yalnız “Microsoft”un dəstəyinin bitməsi ilə deyil, həm də “Microsoft 365” və “Microsoft Teams” daxil olmaqla onun başqa proqram məhsullarının populyarlaşması ilə bağlıdır.
Hesabata görə, cari ilin oktyabrında “Chrome” brauzerinin bazar payı 69,25% olub. 10,2% göstəriciyə malik “Microsoft Edge” brauzeri ikinci, “Firefox” (7,22%) üçüncü olub.
Emil Hüseynov