Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti köləliklə mübarizə üçün 11,5 milyon dollarından keçib
“Google” şirkəti bildirib ki, XXI əsrdə köləlik probleminin həlli ilə məşğul olan bir neçə təşkilatın hesablarına 11,5 milyon dollar pul köçürüb. Korporasiyadan qeyd ediblər ki, onlar diqqəti məhz bu problemə yönəltmək istəyiblər, çünki azadlıq - hər bir insanın əsas hüququdur.
Pul müvafiq qanunların hazırlanmasına, həmçinin amerikalılar arasında maarifləndirmə işinin aparılmasına xərclənəcək. “Google” şirkətindən bildiriblər ki, ABŞ-ın bir çox sakinləri müasir dünyada insan alveri probleminin mövcud olduğundan şübhələnmirlər.
8 milyon dollar Hindistanda işləyən hüquq müdafiə təşkilatlarına, 1,7 milyon dollar amerikalılar arasında maarifləndirmə işinin aparılmasına xərclənəcək və pulun qalan hissəsi köləliyə qarşı mübarizə aparan kiçik təşkilatlar arasında bölünəcək.
15/12/11 Çap et