Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” təbiətin çirkləndirilməsində ittiham edilib


Böyük Britaniya Parlamentinin Ekoloji audit üzrə komitəsi “Apple” şirkətini çoxlu elektron tullantıların atılmasında ittiham edib. Komitə nümayəndələrinin sözlərinə görə, bu, şirkətin aktual smartfonlar dəstinə enerji doldurma qurğusunun daxil edilməməsinə görə baş verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Fedpress” resursuna istinadən yazır ki, komitə təmsilçilərinin fikrincə, “Apple” rəhbərliyi bu qərarı qəbul edəndə ekologiyanı nəzərə almayıb. Bu yenilik səbəbindən şirkət tərəfindən məhsullara xidmətin göstərilməsinin çətinliyi və yığımların sayı artırılıb. Bundan başqa, Böyük Britaniya Parlamenti bu qərara görə elektron tullantıların sayının çoxaldığını bildirib.

 

Lakin “Apple” nümayəndələri qeyd edib ki, indi istifadəçilər qurğuların təhlükəsiz təmiri, alışı və satışı üçün daha çox imkanlara malikdir. Bununla yanaşı, vurğulanır ki, yeni “iPhone 12” smartfonunun yaradılmasında təkrar emal edilən materiallardan istifadə olunub.

 

Nizam Nuriyev






01/12/20    Çap et