"Qualcomm" şirkəti qabaqcıl smartfonlar üçün yeni "Snapdragon 888" platformasını təqdim edib. Sözügedən çip "Tech Summit Digital" illik konfransında nümayiş etdirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, 5 nm-lik texnoloji proses üzrə hazırlanmış prosessor "Snapdragon X60 5G Modem-RF System" modeminin üçüncü nəsli ilə təchiz edilib. Bu çiplə təchiz edilmiş smartfonlar "mmWave" və "sub-6" daxil olmaqla istənilən beşinci nəsil mobil rabitə tezlikləri ilə işləyə biləcək.
Prosessor saniyədə 2,7 giqapiksel sürətlə foto və video çəkə bilir.
Emil Hüseynov