Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un əməkdaşı “iPhone”da təhlükəli boşluq aşkar edib


“Google”un kibertəhlükəsizlik bölməsinin əməkdaşı İen Bir “iPhone”da təhlükəli boşluq aşkar edib. Bu barədə “Google Project Zero” saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, İen Bir “iOS” əməliyyat sistemində “sıfır gün” (zero day) boşluqlarına aid olan təhlükəli boşluq aşkar edib. Bu boşluq hakerə “iPhone” cihazına məsafədən qoşulmağa imkan verir. “Google”un əməkdaşı qurğuya qoşula, elektron poçtu oxuya, şəkilləri yükləyə, həmçinin kameraya və mikrofona çıxış əldə edə bilib.
 
Sözügedən boşluq “iPhone”, “iPad”, “Mac” kompüterləri və “Apple Watch” “ağıllı” saatlarının öz aralarında əlaqə qurmaq üçün istifadə etdikləri “AWDL” (Apple Wireless Direct Link) protokolunda aşkar edilib. Bu halda qurğunun sahibi müdaxilə izini aşkar edə bilmir.
 
Emil Hüseynov




03/12/20    Çap et