Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir operatot Azərbaycanda kabel internet xidmətlərinin göstərilməsinə başlayır


KATV1 kabel televiziyası operatoru kabel internet xidmətlərini göstərməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə operatorun mətbuat xidmətinin rəhbəri Hüseyn Hüseynzadə deyib.

Kabel internet xidmətləri ayın sonunadək KATV1 şəbəkəsinin istifadəçiləri üçün əlçatan olacaq.Hüseynzadə bildirib ki, xidmətlərin dəyərinə gəldikdə, baza yayım paketi ilə 2 Mbit/saniyəlik minimum paket 16 manata başa gələcək.

Bu gün baza yayım paketinin qiyməti 9 manat təşkil edir.Onun sözlərinə görə, şirkət tərəfindən korporativ səviyyədə aparılan internet xidmətlərinin test sınaqlarının nəticələri olduqca uğurlu olub.

"Hazırda Bakı şəhərinin Nərimanov rayonunda, eləcə də 1-ci və 9-cu mikrorayonlarda xidmət göstərilir. Paytaxtın bu rayonlarında yaşayan abunəçilər artıq yaxın müddətdə kabel internet xidmətlərinə qoşula biləcəklər", - Hüseynzadə bildirib.

Hüseynzadənin əvvəl dediyinə görə, xidmətlər işə salındıqdan sonra kabel modemləri abunəçilərə pulsuz şəkildə veriləcək. Bir şərtlə ki, onlar birbaşa KATV1 şəbəkəsində istifadə edilsin.





16/12/11    Çap et