Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb


Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırlamada jelatindən istifadə ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, plyonka dəfələrlə bərpa oluna bilər. Çatlar bir neçə dəqiqə ərzində bərpa olur. Nəticədə plyonka öz xüsusiyyətlərini qoruyub saxlayır.

 

Alimlər iş zamanı jelatin və qlükozanı qarışdırıblar. Laboratoriya sınaqları nəticəsində məlum olub ki, plyonkadakı zədələnmələr otaq temperaturunda bir neçə saat ərzində və ya 60 selsi dərəcə temperaturda 10 dəqiqə ərzində bərpa olur.

 

Maraqlıdır ki, plyonka çoxsaylı mexaniki zədələnmələr və bərpadan sonra elektrik siqnalını ötürmək qabiliyyətini qoruyub saxlayır. Yeni hazırlamanın müəllifləri hesab edirlər ki, kommersiya istifadəsi vaxtı yenilik qurğuların sensor ekranlarının işləmə müddətini artıracaq.

 

Emil Hüseynov






04/12/20    Çap et