Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti köhnə “iPhone” qurğularını yaxşılaşdırıb


“iOS” yenilənməsi “iPhone” cihazında videozənglərin keyfiyyətini yaxşılaşdırıb. Bu haqda “MacMagazine” nəşri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nəşrin jurnalistləri deyiblər ki, noyabrda “Apple” öz saytında bəzi smartfon modellərinin səhifələrini yeniləyib. Şirkət yeni və bəzi köhnə qurğuların təsvirinə onların “FaceTime” vasitəsilə 1080 piksel təsvir ölçüsündə video ötürülməsini dəstəklədiyini əlavə edib. “iPhone 12” üçün bu təsvir ölçüsü “Wi-Fi” və “5G”dən istifadə edərkən, digər qurğular üçün isə yalnız “Wi-Fi” üzrə quraşdırılır.
 
Təsvirə görə, yeni funksiya 2017-ci ildə çıxarılmış “iPhone 8”dən başlayaraq “Apple”ın bütün smartfonlarında əlçatandır. Müəlliflər belə hesab edirlər ki, 1080 piksel təsvir ölçüsünün dəstəyi “Apple”ın qurğularında “iOS 14.2” yeniləməsi ilə əlçatan olub.
 
Emil Hüseynov





07/12/20    Çap et