Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqatçılar: “Elektron tullantıların miqdarı azalır”


Yel Universitetinin ətraf mühit fakültəsi tədqiqat apararaq 2015-ci ildən ABŞ-da elektron tullantıların ümumi çəkisinin azalmağa başlamasını açıqlayıb. Tədqiqatçılar tərəfindən buna əsas səbəb kimi böyük və ağır elektron-şüa monitorlarının istifadədən çıxması göstərilir. Onların elektron tullantılarda payı 2011-ci ildən azalmağa başlayıb. Tullantılarda qurğuların sayının azalması hazırda onların əksər hissəsinin bir neçə funksiyanı yerinə yetirməsi ilə əlaqədardır – oyun konsolları DVD disklərini göstərir, smartfonlar fotoaparat və videokameralar rolunda çıxış edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld www.computerworld.ru” resursuna istinadən yazır ki, tədqiqatçılar dərc edilən məlumatlara əlavə olaraq onlarla qurğunun müxtəlif kimyəvi elementlərinin tərkibini müstəqil şəkildə ölçüblər.
 
Elektron tullantıların çəkisinin azalması ilə əlaqədar bir sıra qaydalara yenidən baxılacağı gözlənilir. Hazırda elektron tullantıların çəkiyə əsaslanan təkrar emal normaları geniş yayılıb. Onlar tərkibində zəhərli qurğuşun və civənin çox olduğu tullantıların zibilxanalara atılmaması üçün tətbiq edilir. Lakin hazırda elektron tullantılardan akkumulyatorlarda istifadə edilən kobalt və ya ekran panellərinin tərkibində olan indium kimi zəhərli elementlərdən daha çox nadir elementlərin alınmasının stimullaşdırılması daha böyük əhəmiyyət kəsb edir.
 
Nizam Nuriyev





07/12/20    Çap et