Avropada yarımkeçiricilər istehsalına investisiyalar artacaq
On üç Avropa ölkəsi, o cümlədən Almaniya, Fransa və İspaniya prosessor və yarımkeçiricilər istehsalına investisiya qoymaq məqsədilə səyləri birləşdirib. Dövlətlər ABŞ və Asiya ölkələri ilə rəqabət aparmaq üçün yarımkeçiricilər sahəsində texnologiyaları, həmçinin bir-birinə bağlı qurğuların istehsalı və məlumat emalı üçün vacib olan texnologiyaları inkişaf etdirmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab
www.securitylab.ru” resursuna istinadən yazır ki, hazırda Avropa ölkələrinin dünya yarımkeçiricilər bazarında payı təxminən 10 faiz təşkil edir. Həmçinin Avropa istehsalçıları xarici istehsallı çiplərə üstünlük verirlər. Xarici yarımkeçirici istehsalçılarından asılılıq koronavirus pandemiyası dövründə xüsusilə kəskin xarakter alıb. Bundan başqa, Avropa istehsalçıları xarici texnologiyaların təhlükəsizliyindən ehtiyat etməyə başlayıblar.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq bir qrup Avropa ölkəsi maşınqayırma, tibbi və şəbəkə avadanlıqları, mobil qurğular və s. istehsalında istifadə olunan xarici çip istehsalını aradan qaldırmaq məqsədilə səyləri birləşdirmək qərarına gəlib. Bu ilin əvvəlində isə Avropa İttifaqında rəqəmli layihələrin dəstəklənməsi üçün 145 milyard avronun (pandemiyadan sonra Avropa iqtisadiyyatının bərpası üçün nəzərdə tutulan vəsaitlərin beşdəbir hissəsi) ayrılması təsdiqlənib.
Ön üç ölkə Avropanın dünya yarımkeçiricilər bazarında iştirakının genişləndirilməsi üzərində birgə çalışacaq. Qrup gələcək layihələr və əlavə maliyyə mənbələrinin axtarışı üçün tədqiqat və investisiyalara görə sənaye ittifaqlarının yaradılması məqsədilə müxtəlif şirkətlərə müraciət etməyi planlaşdırır.
Nizam Nuriyev