Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 10 ayda sənaye robotlarının istehsalı 21% artıb


Çin 2020-ci ilin 10 ayında sənaye robotlarının istehsalını 21% artırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ölkə yanvar-oktyabr aylarında 183,4 min robot istehsal edib. Bu haqda Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir. İstehsalçıların gəliri 2,3% yüksəlib.
 
Çin 2013-cü ildə dünyanın ən böyük robot texnikası bazarına çevrilərək o vaxtdan birinciliyi qoruyub saxlayır. Bununla belə Çin hələ ki sənayenin robotlaşdırılması göstəricisinə görə dünyada 9-cu yerdədir. Bu ölkədə 10 min işçiyə 187 robot düşür. Robotlaşdırma prosesi yüksək templə gedir.
 
Koreya Respublikası istehsalın robotlaşdırılması göstəricisi üzrə birinci yerdə yerləşir. Bu ölkədə 10 min işçiyə 855 robot düşür.




10/12/20    Çap et