Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Adobe” şirkəti yanvarın 12-də “Flash” texnologiyasının fəaliyyətini dayandıracaq


2020-ci il dekabrın 31-də vaxtilə populyar multimedia modulu olan “Flash” texnologiyasının dəstəyi dayandırılacaq. Bu haqda “Adobe” şirkətinin saytında məlumat verilib. 2021-ci il yanvarın 12-dən  etibarən “Flash Player” pleyerində işə salınan istənilən məzmun avtomatik bloklanacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, "biz son 20 ildə “Flash Player” üçün bir-birindən gözəl məzmun istifadə etmiş və yaratmış bütün müştərilərimizə və tərtibatçılara təşəkkür edirik – “Adobe” şirkətindən bildirilib. Biz “Flash” texnologiyasının animasiya, interaktivlik, audio və video sahəsində veb-məzmunun inkişafında vacib rol oynamasından çox məmnunuq". Şirkətin rəsmisi istifadəçilərə öz sistemlərini qorumaq üçün dərhal “Flash Player”i silməyi tövsiyə ediblər.
 
Bu həftə “Adobe” şirkəti “Flash Player” oxuducusunun son yeniləməsini çıxarıb. Artıq bir çox populyar brazuerlər “Flash” texnologiyasını dəstəkləmir.
 
Emil Hüseynov




11/12/20    Çap et