“Gmail” poçtu “Microsoft Office” sənədləri ilə işi asanlaşdırıb
“Google Workspace” (əvvəlki “G Suite”) onlayn ofis proqramları paketinin istifadəçiləri üçün “Microsoft Office” faylları ilə işləmək asanlaşdırılıb. İndi məktublara bərkidilmiş “Word”, “PowerPoint” və “Excel” sənədlərini birbaşa “Gmail” poçtunda redaktə etmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, “Google”un bulud ofisində artıq çoxdan “Microsoft” formatları ilə uyğunluq reallaşdırılıb. Ancaq əvvəllər poçt qoşmalarına yalnız baxmaq mümkün idi – düzəliş etmək üçün faylları əvvəlcə "Disk"ə göndərmək lazım idi.
“The Verge” nəşri yazır ki, indi “Gmail” poçtu “Microsoft Office” sənədlərini açmağa və onlar üzərində düzəliş etməyə imkan verir. Bu halda redaktədən sonra sənəd öz orijinal formatını qoruyub saxlayacaq və “Google Docs”ə çevrilmə olmayacaq.
Emil Hüseynov