Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Mac OS X 10.6”-nı yeniləyib


“Apple” şirkəti “Mac OS X 10.6” əməliyyat sistemi üçün yeniləmə paketini istifadəyə verib. Şirkətin xəbərinə əsasən, yeniləmə paketi “Mac OS X” “Snow Leopard”ın bütün istifadəçilərinə tövsiyə edilir.
Sabitlik, uyğunluq və “Mac” kompyuterlərinin təhlükəsizlik səviyyəsinin artımına yönəldilmiş ümumi xarakterli əməliyyat sistemi səhvlərinin düzəlişlərini özündə ehtiva edir.
Belə ki, edilən dəyişikliklərə əsasən, əməliyyat sisteminin IPv6 protokolunu dəstəkləməsi təkmilləşdirilib, VPN işinin etibarlılığı artırılıb, “Mac Defender”in bütün məşhur variantlarının aşkar olunması və silinməsi təmin edilib.
Bundan başqa, yeniləmə paketində “Final Cut Pro”nun son versiyası ilə uyğunluq yaxşılaşdırılıb, həmçinin bir sıra istehsalçılardan güzgü kameralarının yeni RAW-formatları əlavə edilib.” Apple” əvvəllər bəzi proqramlarda şriftlərin yanlış təsvirini göstərən “OpenType” şriftləri ilə problemin düzəldilməsi haqqında da məlumat verib.




24/06/11    Çap et