“Ağıllı” televizorlar üçün ilk rəsmi “TikTok” proqramı buraxılıb
“TikTok” qısa videolar servisinin “ağıllı” televizorlar üçün ilk rəsmi proqramı buraxılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti
www.vesti.ru” resursuna istinadən yazır ki, “Business Insider” nəşrinin şirkətin bəyanatına istinadən məlumatına görə, əlavələr mağazasında “TikTok”u yükləmək imkanından ilk dəfə Böyük Britaniya istifadəçiləri yararlanıb. Onu 2018-ci il və daha sonrakı buraxılış illərinə aid “Samsung” TV modellərinə quraşdırmaq mümkündür.
“TikTok”un TV versiyasında ailəvi filtrlər avtomatik qoşulub, uşaqlar üçün baxılması uyğun olmayan kontent isə gizlədilir. Əsas ekranda ilk növbədə təhsil kontenti inkişaf etdirilir. Televizor proqramının istifadəçiləri tövsiyə edilən şəxsi səhifəyə baxa, abunələri izləyə və videoçarxları bəyənə biləcəklər.
Televizor versiyasının istifadəyə verilməsi “TikTok”un daha çox davam edən videolara olan marağının artmasını təsdiq edir. Belə ki, servis yeni formatı sınaqdan keçirərək ayrı-ayrı istifadəçilərə 3 dəqiqəlik videoçarxlar yükləməyə imkan verir. Hazırda əksər istifadəçilər üçün yüklənilən videonun maksimum müddəti 60 saniyə ilə məhdudlaşdırılıb.
Nizam Nuriyev