Yeni “Nokia 5.4” smartfonu təqdim edilib
Finlandiyanın “Nokia” smartfon istehsalçısı yeni “Nokia 5.4” modelini təqdim edib. Telefon tutumlu akkumulyatora, kvadrokamera və kontaktsız ödəniş imkanına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, yeni aparat HD+ təsvir ölçülü 6,39 düymlük IPS displey və matrisə salınmış ön kamera ilə təchiz edilib. Smartfon “Snapdragon 662” prosessoru ilə təchiz edilib, 4/64 QB və 6/128 QB yaddaş versiyalarında əlçatandır.
“Nokia 5.4” smartfonu 48 mp-lik əsas, 5 mp-lik genişbucaqlı, dərinlik sensoru və makroçəkiliş üçün moduldan ibarət kvadrokamera ilə təchiz edilib. Smartfona, həmçinin “NFC” çipi, radio və 3,5 mm-lik audioçıxış quraşdırılıb. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saatdır.
Emil Hüseynov