Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkəti netbuk istehsalından imtina edir


“Dell” şirkəti netbuk istehsalından imtina etməyə qərar verib,- “Liliputing” resursu yazıb. Jurnalistlər qeyd ediblər ki, Amerika şirkətinin onlayn-mağazasında heç bir yığcam leptop modeli yoxdur. “Dell” şirkəti əvəzində  noutbuk təklif edir.

“Dell” nümayəndələri “The Verge” nəşrinə bildiriblər, şirkət daha netbuk istehsal etməyəcək. Şirkətin yaxın vaxtlarda öz ilk ultrabukunu təqdim edəcəyi gözlənilir.





16/12/11    Çap et