Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçiləri “spam” hücumlarına məruz qalıb


Dünyanın bütün internet istifadəçiləri fırıldaqçıların hücumuna məruz qalıb. Hücum çoxsaylı “spam” bildirişlərinin göndərilməsi ilə həyata keçirilib. Bu barədə elektron poçt sistemlərinin mühafizəsi ilə məşğul olan “Vade Secure” şirkətinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, kibercinayətkarlar tərəfindən sistemlərin filtrasiyadan yan keçilməsi üsulu kəşf edildiyindən “spam” məktubları “Daxil olanlar” qovluğuna düşüb. Belə ki, şirkətlərdən biri bir günə 300-ə yaxın “spam” bildirişi alıb. Bu, hesab məlumatlarının söndürülməsi və məlumatların ləğv edilməsi ilə nəticələnib.
 
Ekspertlər tərəfindən oxşar hücumlar Fransa, İtaliya, Danimarka və ABŞ-da qeydə alınıb. Şirkət nümayəndələrinin fikrincə, cinayətkarlar “Darknet”də abunə ilə satılan “Email Appender” alətindən istifadə edirlər.
 
Zərərli proqram təminatı hesab məlumatlarının təsdiqlənməsi və proksi serverlərinin quraşdırılması yolu ilə aşkarlanmadan “spam” məktubları yaratmağa imkan verir. Proqram elektron poçt serverində avtorizasiyadan keçmək, qurbanın poçtunu açmaq və ona zərərli məlumat əlavə etmək üçün login və parolları seçir.
 
Mütəxəssislər proqramın sadə interfeysə və yayılma modelinə malik olmasını nəzərə alaraq belə hücumların kibercinayətkarlar arasında populyar olacağından ehtiyat edirlər.
 
Nizam Nuriyev





16/12/20    Çap et