Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkətinin əməliyyat sistemi quraşdırma üçün əlçatandır


Çinin “Huawei” şirkəti “HarmonyOS 2.0” əməliyyat sisteminin açıq beta sınaqlarına başlayıb. Əməliyyat sistemi artıq layihənin rəsmi saytında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Huawei P40”, “P40 Pro”, “Mate 30”, “Mate 30 Pro” smartfonları və  “MatePad Pro” planşetinin sahibləri beta sınaq proqramında qeydiyyatdan keçə bilərlər. “Huawei” şirkətinin planına görə, 2021-ci ildə 100 milyondan çox qurğu bu əməliyyat sistemi ilə təchiz ediləcək.
 
“HarmonyOS 2.0” əməliyyat sistemi yalnız smartfonlara deyil, həm də daşınan elektronika, avtomobil sistemlərinə və məişət texnikasına quraşdırılacaq.
 
Emil Hüseynov




16/12/20    Çap et