Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“RİM” şirkətinin xalis mənfəəti 3 dəfə azalıb
“Research İn Motion” (RİM) şirkətinin səhmləri 2012 maliyyə ilinin üçüncü rübü üzrə hesabatın nəşrindən sonra yeddiillik minimuma qədər ucuzlaşıb.
“RİM” şirkəti 5,2 milyard mədaxil əldə edib. Bu göstərici əvvəlki maliyyə ilinin analoji dövrünün nəticəsi ilə müqayisədə 6% azdır.
“RİM” şirkətinin xalis mənfəəti 3 dəfə azalaraq 265 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, şirkət 1il əvvəl 911 milyon dollar qazanmışdı.
Şirkət başa çatmış maliyyə rübü ərzində təxminən 14,1 milyon “BlackBerry” smartfonunu və təxminən 150 min “BlackBerry PlayBook” planşet kompyuteri satıb.Nəticələrin elan edilməsindən sonra “RİM” şirkətinin səhmləri 7% ucuzlaşıb.
16/12/11 Çap et