Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqında yeni kiberstrategiya təqdim edilib


Avropa Komissiyası Avropa İttifaqında kiberhücumların aşkarlanması və onların qarşısının alınması üçün süni intellektdən geniş istifadə edən operativ kibertəhlükəsizlik mərkəzlərinin yaradılması təklifi ilə çıxış edib. Bu barədə Avropa İttifaqının kibertəhlükəsizlik üzrə strategiyasında deyilir.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, sənədə görə, Avropa Komissiyası Avropa İttifaqında hücum zərər vurmamışdan əvvəl aktiv cavab vermək üçün real vaxt rejimində kiberhücum əlamətlərini qabaqcadan aşkarlayaraq kiberqalxan rolunu oynayacaq süni intellektdən geniş istifadə edən operativ kibertəhlükəsizlik mərkəzləri istifadəyə verəcək.
 
Avropa Komissiyası Aİ ölkələrinin haker hücumlarının aşkarlanması və onlara cavab verilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi üçün Avropa İttifaqında birləşmiş kiberbölmə adlı yeni qurum yaratmağı təklif edib.
 
“Avropa Komissiyası Aİ-yə üzv ölkələrlə mərhələli danışıqlar apararaq Avropa İttifaqı dövlətlərində kiberhücumların aşkarlanması, qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsinə məsul olan strukturlar arasında əməkdaşlığın aktivləşdirilməsi üçün yeni birləşmiş kiberşöbə yaratmağa hazırlaşır”, – sənəddə qeyd olunur.
 
Avropa İttifaqı informasiya məkanında əsas insan hüquq və azadlıqlarının qorunması üçün BMT və xarici tərəfdaşlarla birgə fəaliyyət göstərəcək və sanksiyaların tətbiqindən istifadə edəcək.
 
Avropa Komissiyası 2021-2027-ci illərdə Avropa İttifaqının kibertəhlükəsizlik sektoruna 4,5 milyard avro məbləğində dövlət və özəl investisiyaları cəlb etmək niyyətindədir.
 
Nizam Nuriyev





18/12/20    Çap et