Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RİM” şirkəti yeni nəsil smartfonlarının istehsalını təxirə salır


“Research İn Motion” (RİM) şirkətinin icraçı direktoru Mayk Lazaridis  analitiklərlə görüşdə bildirib ki, şirkət “BlackBerry 10” platformasında olan smartfonların istehsalını təxirə salmağa məcburdur.

Tərtibatçıların bəyanatına əsasən, “BlackBerry 10” əməliyyat sistemi “BlackBerry OS” və “QNX” əməliyyat sistemlərindən ən yaxşı xüsusiyyətləri  özündə birləşdirəcək. Yeni platformada olan qurğuların 2012-ci ilin ilk  yarısında istehsal olunacağı gözlənilirdi.

Hal-hazırda cənab Lazaridis bildirib ki, “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək smartfonlar yalnız növbəti ilin sonunda təqdim ediləcək.

Yeni smartfon istehsalının ləngiməsi bazar iştirakçılarının fikrincə, onsuz da smartfon bazarında mövqeləri itirməkdə olan “RİM” şirkətinin vəziyyətinə neqativ təsir edə bilər. Belə ki “NPD Group” analitik şirkətinin məlumatına əsasən, Amerika bazarında “RİM” şirkətinin payı 2009-cu ildəki 44%-dən hal-hazırda 10%ə düşüb.





16/12/11    Çap et