Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərin rüblük satışları 265% artıb
“İDC” şirkəti 2011-ci ilin üçüncü rübü üzrə planşet kompyuterlər bazarı ilə bağlı statistikanı dərc edib. Hesablamalara əsasən, 3 ay ərzində 18,1 milyon planşet tədarük edilib.
Bu göstərici 2010-cu ilin üçüncü rübü ilə müqayisədə 265% artım deməkdir. Üçüncü rübdə “iPad” planşetinin payına 61.5% düşüb. “Apple” korporasiyası satılmış 11,1 milyon qurğu ilə planşet bazarının ən böyük oyunçusu olaraq qalır.
İkinci yerdə olan “Samsung” şirkətidir; onun payı 5,6% təşkil edir. Sonrakı yerləri “Hewlett-Packard” (5%), “Barnes & Noble” (4.5%) və “ASUS” (4%) şirkətləri tuturlar. “Android” əməliyyat sistemi ilə işləyən qurğular planşet bazarının 32,4%-ni tuturlar.
17/12/11 Çap et