“Apple” şirkəti 2024-cü ilədək öz avtomobilini istehsal etməyi planlaşdırır
"Apple" şirkəti 2024-cü ilədək qabaqcıl batareya texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Bu barədə öz mənbələrinə istinadən "Röyters" agentliyi məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
ria.ru" saytına istinadən yazır ki, agentliyin məlumatına əsasən, ABŞ şirkəti hələ 2014-cü ildə "Project Titan" kimi tanınan layihə çərçivəsində öz avtomobilinin hazırlanması ilə məşğul olmağa başlayıb. Məlumata görə, o vaxtdan etibarən şirkət bu istiqamətdə xeyli irəliləyib və indi öz müştəriləri üçün avtomobil istehsal etmək niyyətindədir. "Apple"ın planları hələ ki rəsmən açıqlanmayıb.
Emil Hüseynov