Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kritik səhv “Windows” sistemində diskləri sıradan çıxarıb


“Windows” əməliyyat sistemində disklərin yoxlanılması üçün quraşdırılmış komponent sıradan çıxıb. Bu barədə “Windows Latest” nəşrinin əməliyyat sistemi istifadəçilərinə istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, problem “Microsoft” əməliyyat sisteminin hər bir surəti ilə avtomatik tədarük edilən “Check Disk” proqramı ilə əlaqədardır. Sərt disklərin vəziyyətinin testi və səhvlərin düzəlişi üçün nəzərdə tutulan proqram qrafik interfeysə malik deyil və “chkdsk” komandası ilə çağırılır. “Windows” istifadəçiləri qeyd edib ki, sistemin dekabr yeniləmələri buraxıldıqdan sonra “Check Disk” səhvlərə yol verməklə işləməyə başlayıb.
 
Məsələn, kompüter sahiblərinin sözlərinə görə, proqramdan istifadə zamanı kritik nasazlıq hallarının sayı artıb. Adətən diskin vəziyyətinin yoxlanılması səhvlə başa çatır və çox vaxt “göy ölüm ekranı” (Blue screen of death, BSoD) görünür.
 
“Microsoft” indiyədək avadanlıqla bağlı problemə münasibət bildirməyib. Jurnalistlər tərəfindən səhvin yaranması əməliyyat sisteminin yeni yeniləməsinin buraxılışı ilə izah olunsa da, konkret səbəb göstərilmir. Artıq səhvin mənfi nəticələri məlumdur: məsələn, “SSD” toplayıcılarının yoxlanılması zamanı “Windows” tərəfindən “NTFS” sisteminin fayllarında nasazlıqlar barədə bildiriş göstərilir. Mütəxəssislərin sözlərinə görə, bu, məlumat itkisi ilə nəticələnə bilər.
 
Nizam Nuriyev





23/12/20    Çap et