Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağ-qara ekranlı ilk smartfon nümayiş edilib


Unikal “Hisense A7 5G” smartfonu təqdim edilib. Bu, “E Ink” elektron kağızı əsasında ağ-qara ekranla təchiz edilən beşinci nəsil mobil rabitə dəstəkli dünyanın ilk qurğusudur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, yeni qurğu hər düym üçün 300 piksel sıxlığına malik 6,7 düym diaqonallı monoxrom displeylə təchiz edilib. Həmçinin adaptasiya edilmiş istifadəçi interfeysinə malik “Android 10” əməliyyat sistemi quraşdırılıb.
 
Smartfonun əsasını “Unisoc Tiger T7510” prosessoru təşkil edir. Çipə 2 giqahers takt tezlikli səkkiz nüvə, “PowerVR GM 9444” qrafik sürətləndiricisi və “NSA/SA” dəstəkli “5G” modemi daxildir.
 
Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 128 giqabaytdır. Enerji 18 vatlıq sürətli enerjidoldurmaya malik 4770 milliamper/saat tutumlu batareya tərəfindən təmin edilir.
 
Ön və arxa tərəfdə tək kameralar quraşdırılıb, lakin onların təsvir ölçüsü barədə məlumat verilmir. Buna baxmayaraq istifadəçinin sifətə görə tanınması imkanı qeyd olunur. Bundan başqa, arxa daktiloskopik skaner mövcuddur.
 
Elektron kitab və sənədlərin oxunması üçün nəzərdə tutulan “Hisense A7 5G” smartfonunun qiyməti 300 dollar təşkil edir.
 
Nizam Nuriyev





23/12/20    Çap et