Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb
“Android” mobil əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən smartfon və planşetlərin təhlükəsiz veb-saytlara giriş müddəti uzadılacaq. Bu barədə “Let's Encrypt” ən böyük sertifikatlaşdırma mərkəzlərindən biri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
radiosputnik.ria.ru” saytına istinadən yazır ki, şirkətdən bildirilib ki, sentyabradək “Android 7.1”dən sonrakı versiyaların idarəetməsi altında işləyən qurğuların bir çox müasir saytlara daxil olmasını əngəlləyəcək problem aradan qaldırılıb.
Şirkətin saytında məlumat verilir ki, cihaz istifadəçiləri yenilənmiş sertifikata keçid vaxtı heç bir dəyişiklik hiss etməyəcəklər. Ancaq bu həll 2024-cü ilədək işləyəcək və mütəxəssislər o vaxtadək köhnəlmiş smartfonları dəyişdirməyi tövsiyə edirlər.
Emil Hüseynov