“Xiaomi Mi 11” smartfonunun təqdimetmə tarixi məlum olub
“Xiaomi” şirkətinin yeni qabaqcıl smartfonu 2020-ci ilin sonunda təqdim ediləcək. Bu haqda şirkətin Çinin “Weibo” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, təqdimetmə dekabrın 28-nə planlaşdırılıb. “Xiaomi Mi 11” cihazı dünyada “Snapdragon 888” platforması ilə işləyən ilk smartfon ola bilər. 2021-ci ilin ən güclü mobil prosessoru adlandırılmış sözügedən prosessor dekabrın əvvəlində təqdim edilib.
Smartfon təsviri yüksək tezliklə yeniləyən ekran, 12 QB əməli yaddaş və 108 meqapiksellik əsas kamera ilə təchiz ediləcək. “Xiaomi Mi 11” aparatı ilə birgə qatlanmış 2K displeyə malik “Mi 11 Pro” cihazının da təqdim ediləcəyi gözlənilir.
Emil Hüseynov