Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” brauzerində smartfonlar üçün yeni funksiya istifadəyə verilib


Smartfonlar üçün “Google Chrome” brauzerinin tərtibatçıları ona “Google Assistant” səs köməkçisinin dəstəyini tətbiq ediblər. Bu barədə “AndroidPolice” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni texnologiya “Chrome” brauzerində köhnə səs axtarışını əvəz edib. İstifadəçilər köhnə səs axtarışını onda aşkar edilmiş çoxsaylı səhvlərə görə bəyənmirdilər. Məsələn, rus dilində informasiyanın səsli axtarışı vaxtı əgər smartfonda sistem dili ingilis dili seçilmişdirsə, problem yaranırdı.
 
Emil Hüseynov





24/12/20    Çap et