“Zoom” videozənglər xidməti öz poçtunu və təqvimini yaradacaq
Koronovirus infeksiyası pandemiyası dövründə xeyli populyarlaşmış “Zoom” videozənglər xidməti öz elektron poçtunu və təqvimini istifadəyə verə bilər. Yeni alətlər şirkətə “Google Workspace” və “Microsoft 365” kimi daha böyük biznes platformalarla uğurla rəqabət aparmağa kömək etməlidir. Bu barədə öz mənbələrinə istinadən “The Information” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, məlumata görə, gələn il “Zoom” poçt xidmətinin veb-versiyası sınaqdan keçiriləcək. Təqvim bundan sonra istifadəyə veriləcək.
Şirkətin rəhbərliyi “COVID-19” pandemiyasının azalması və əməkdaşların ofislərə geri qayıtmağa başlayacağı vəziyyət üçün yeni xidmətlər hazırlayır.
Onlayn ofis bazarındakı böyük şirkətlər bu il distant iş və təhsil formatına kütləvi keçid fonunda öz məhsullarını xeyli təkmilləşdiriblər. “Microsoft” korporasiyası “Microsoft Teams” videobağlantı xidməti üçün genişmiqyaslı yeniləmə çıxarıb, “Google” isə “Workspace” paketinə yeni funksiyalar əlavə edib. Hər iki şirkət poçt, çat, təqvim, bulud saxlanc sistemi və başqa ofis alətləri təklif edir.
Emil Hüseynov